1991-ci ildə yaradılan Azərbaycanın ilk hərbi hissəsi olan 701 saylı hərbi hissənin komandiri olmuş veteran hərbçi Valeh Rəfiyev vəfat edib.
Subyekt.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.
Ehtiyatda olan polkovnik-leytenant xəstəlik səbəbindən dünyasını dəyişib. O bu gün Qax rayonunun Qarabaldır kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, 701 saylı hissə 1991-ci il oktyabrın 9-da Şıx qəsəbəsində Sovet ordusuna məxsus 18110 saylı hərbi hissədə yaradılıb.
Subyekt.az