
Azərbaycan hökuməti sosial sahədə 3 yeni proqram hazırlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi hökumətə sosial sahədə 3 proqram təqdim edib.
Bunu Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Hazırda hökumətdə müzakirə edilən 3 proqramımız var. Bunlar məqsədli, sosial müəsəsisələrinin yaradılması və kvotadan əlavə iş yerlərinin yaradılması proqramlarıdır. Onların müzakirəsi yekun mərhələdədir”, – deyə o qeyd edib.
Subyekt.az