
Müvafiq qərar Polşanın Krotoşin şəhərində Beynəlxalq Sumo Federasiyası tərəfindən qəbul edilib.Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası tərəfindən irəli sürülən namizədlik mübarizəsində Azərbaycan digər ölkələri qabaqlayaraq dünya çempionatına ev sahibliyi hüququ qazanıb.Uzaq Şərqə məxsus idman növü üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi müzakirələrə səbəb olub.Azərbaycanın sumo üzrə yığıması var və azərbaycanlı idmançılar komanda tərkibində müxtəlif yarışlarda iştirak edir.
Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının (JMACA) vitse-prezidenti Ülvi Ağamirov bildirib ki, Azərbaycan bundan əvvəl sumo yarışlarda iştirak edib və hətta medal qazanıb.
“Sumo üzrə yığma komandamız son dünya çempionatında 2 bürünc medal qazandı. Ondan əvvəl Tokioda keçirilən dünya çempioantında da komandamız bir gümüş medal qazanıb. Təəssüf ki, hələlik qızıl medal əldə edə bilməmişik”
Çəkilər üzrə yeniyetmələr və böyüklər 5-6 kateqoriyada yarışır. Ölkələr yarışlarda təqribi 11-12 idmançı ilə təmsil olunacaq. Azərbaycan komandası ilə biz də çalışacağıq ki, mövcud olan bütün katerqoriyalar üzrə iştirak edək.
Biz hələ ki, qadınlar arasında keçirilən yarışlarda təmsil olunmamışıq, amma 2026-cı ilə qədər bunu da təmin etməyi düşünürük.
Subyekt.az