![]()
Yer kürəsinin öz oxu ətrafındakı sürəti yavaşlayır. Ay isə hər ötən gün Yerdən uzaqlaşır.
Yer öz oxu ətrafında fırlanır və eyni zamanda Günəşin ətrafında dolanır. Öz oxu ətrafında fırlanan Yer kürəsinin sürəti get-gedə yavaşlayır. Buna birinci səbəb Yer kürəsinin üzərindəki nəhəng su kütləsidir. Belə ki, Yer fırlandıqca üstündəki su əks istiqamətdə quru parçası ilə toqquşur və Yer bir növ enerji itirir. Bu yavaşlama yüz illər ərzində millisaniyələr qədərdir. Lakin, bu kosmik ölçüdə böyük bir rəqəmdir.
İkinci səbəb isə Yerin nəhəng bir peyki var. Özü də onun qravitasiya kilidinə tutulmuş şəkildə onun ətrafında dolanır. Bu qravitasiya savaşı Yerə baha başa gəlir. Qabarma və çəkilmələr buna baris örnəkdir.
Dedik ki, Ay Yerin ətrafında onun Qravitasiyasına bağlı şəkildə onun ətrafında dolanır. Yer öz sürətini azaltdıqca Ay da bu fürsətdən istifadə edərək Yerdən uzaqlaşır.
Bu proses müəyyən bir tarazlığa gələnə qədər davam edəcək və müəyyən məsafədən sonra Ay və Yer ikilisinin bu savaşı sülhlə nəticələnəcək. Lakin, bu vaxt artıq Günəş özü şişib qırmızı nəhəng bir ulduza çevrilib bəlkə də Yeri də udmuş olacaq.
Subyekt.az