
Binəqədi rayon Çiçək qəsəbəsi sakini Aygün Ağayeva (ad soyad şərti olaraq verilib) 159 saylı avtobusun sürücüsü tərəfindən nalayiq hərəkətlərə məruz qalmasından şikayətçidir. Qadın yazaraq bildirir ki, ailəlidir iki gənc övladı var. Dəfələrlə sürücüyə onu narahat etməməsini xahiş etsə də, əksinə həddini aşmış sürücü daha da irəli gedərək qadının çantasını əlindən alıb mobil telefonuna nömrəsini yazaraq ona zəng etməyini tələb edib, əks halda onu yaşadığı məhəllədə təhqir edəcəyi ilə hədə- qorxu gəlməyə başlayıb. Uzun müddət davam edən sürücünün özbaşınalığına dözməyən qəsəbə sakini 141 qaynar xətt vasitəsi ilə və elektron poçtla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edərək 159 saylı marşurut avtobusunun sürücüsü tərəfdən qeyri-etik hərəkətlərlə qarşılaşdığını bildirmişdir. Lakin agentlik xanıma heç bir köməklik edə bilməyəcəklərini bildirmişdirlər. Bununla bağlı polisə müraciət ünvanlamağı tövsiyə ediblər. Ailəsinin dağılacağından, yaşadığı məhəllədə yanlış anlaşılacağı qorxusu və iki gənc övladının hər hansı bir cinayətə bulaşmaması üçün Binəqədi rayonu 40-cı polis bölməsinə 16.12.2024 cü il tarixində rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. O müraciətində ailəli olduğunu nəzərə alaraq anonimliyi qorunması barədə Daxili İşlər Nazirliyindən nazir Vilayət Eyvazov cənablarından xahiş etmişdir. O, Subyekt.az saytına müraciət edərək qeyd etmişdir: “Araşdırılma aparılaraq sürücünün cəzalandırılmasını və belə bir tərbiyyəsizin sürücülük hüququndan məhrum edilməsini xahiş edirəm. Bir ana olaraq yalvarıram, mənə köməklik edin intihar etmək həddinə çatmışam. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin verdiyi cavabdan sonra çox ümidsiz və çarəsiz duruma düşmüşəm. Bu məsələni gündəmə gətirməklə mənə yardımçı olmağınızı xahiş edirəm. Evdən çıxıb harasa getməyə qorxuram. Çünki 159 saylı marşurut avtobusun Rasim adlı sürücüsü tərəfindən təcavüzə məruz qalacağımdan qorxuram. Həyat yoldaşıma və övladlarıma baş verənləri deməyə ehtiyat edirəm ki, hər hansı cinayət hadisəsi baş verməsin. Psixoloji sarsıntı keçirirəm və saytınız vasitəsi ilə Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına müraciət edirəm. Binəqədi rayonu 40-cı Polis bölməsinin əməkdaşlarına tapşırıq verməyinizi xahiş edirəm 159 saylı marşrut avtobusunun sürücüsü haqqında lazımi tədbirlər görsünlər. Düşünürəm ki, bu sürücünün əxlaqsız təklifləri ilə qarşılaşan tək mən deyiləm. Hər kəs hay-küyə səbəb olmağı və yanlış anlaşılacağını düşünərək susmağa məcbur olur. Mən də müəyyən qədər susdum lakin, mən susduqca sürücü daha da azğınlaşdı. Avtobusda tək olduğum zaman üzərimə gəlməkdən belə çəkinmədi. Avtobusun dövlət nömrə nişanı və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin verdiyi fərqlənmə nişanını qeyd edirəm. AYNA-06027 AZ – 90 – OU – 325 sürücünün adı Rasimdir. Telefon nömrəsini isə şikayət ərizəmdə qeyd etmişəm. Son ümidim sizsiniz, ümid edirəm ki, səsimi yetərincə işıqlandıracaq və mənim haqqımı qoruyaraq dəstək olacaqsınız. Şəffaflığınıza əminəm. Azərbaycan polisi və aidiyyatı qurumlar hər kəs bir Azərbaycan qadını və iki övlad anası olmağımı nəzərə alaraq anonimliyimi qorumağınızı bir daha xahiş edirəm.
Ps. Qadın verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Binəqədi rayonu 40-cı polis bölməsinə 16 dekabr 2024-cü il tarixdə şikayət ərizəsi ilə müraciət ünvanlayıb. Biz də Subyekt.az saytı olaraq Azərbaycan dövlətinin, onun müqəddəs qanunlarının və hər bir Azərbaycan vətəndaşının yanındayıq.
Subyekt.az