
Türkiyədə qanunsuz miqrantlara qarşı əməliyyatlar keçirilib.Yerli mediaya xəbər verir ki, əməliyyatlar Balıkesir şəhərinin Ayvalık, Erdemit, Gömeç və Karesi qəsəbələrində baş tutub. Nəticədə 4-ü qanunsuz miqrasiya ilə məşğul olan olmaqla, 45 miqrant – 36 Əfqanistan, 7 Suriya, 1 Azərbaycan və 1 Özbəkistan vətəndaşı saxlanılıb.Məlum olub ki, onlar başda Yunanistanın Midilli adası olmaqla, Avropaya qaçmaq istəyiblər.Qanunsuz miqrasiya ilə məşğul olan 4 nəfərdən ikisi həbs olunub, ikisi isə şərti qaydada sərbəst buraxılıb. 45 miqrant isə Balıkesir Miqrasiya Mərkəzinə təhvil verilib.
Subyekt.az