![]()
Türkiyədən qayıqla Avropaya keçmək istəyən Azərbaycan və Əfqanıstan vətəndaşları saxlanılıb.
Subyekt.az Turkustan.az-a istinadla Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar Çanaqqala vilayətinin Ayvacık rayonu yaxınlığında Sahil Mühafizə qrupları tərəfindən həyata keçirilən əməliyyatla tutulublar.
Bildirilib ki, 9-u azyaşlı olmaqla, ümumilikdə, 31 qeyri-qanuni miqrant saxlanılıb.
Məlumata görə, miqrantlar əməliyyat-axtarış tədbirləri tamamlandıqdan sonra aidiyyəti üzrə təhvil verilib.
Subyekt.az