
Orta Dəhlizdə yükdaşımalarda nəzərəçarpacaq artım müşahidə olunub. Subyekt.az “APA-Economics” -istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankından (ADB) bildirilib. Qeyd edilib ki, tranzit daşımaların həcmi əvvəlki ilə nisbətən 86% artaraq 2023-cü ildə cəmi 2,7 milyon tona çatıb. 2024-cü il üçün proqnozlaşdırılan həcm isə 4 milyon tondur. Bu, dəhlizdə yükdaşımaların həcminə görə rekord göstəricidir və qlobal ticarətin artan tələblərini ödəmək üçün onun artım potensialını göstərir.
Subyekt.az