![]()
2026-cı ilin yanvar ayının 23-ü saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev tərəfindən Balakən rayonunda Balakən və Zaqatala sakinləri üçün vətəndaş qəbulu keçiriləcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.
Qəbul Balakən rayonunda yerləşən Heydər Əliyev mərkəzində keçiriləcəkdir.
Subyekt.az