Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “bp” şirkətinin dəstəyi ilə həyata keçirilən “ASAN Akademiya – 2024” layihəsi başa çatıb.Bununla əlaqədar təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “bp” şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musaev iştirak ediblər. 4 ay davam edən layihə müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən insan resurslarının və layihələrin idarəedilməsi, ictimaiyyətlə əlaqələr və marketinq, data analitika, beynəlxalq əlaqələr və diplomatiya , hüquq və innovasiya metodları üzrə xüsusi proqram tədris olunub.
Subyekt.az