![]()
Artıq ənənə halını alan bu nəcib aksiyaya dövlət qurumlarının əməkdaşları və könüllü donorlar olmaqla gün ərzində 100-ə yaxın şəxs qoşulub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər kəsi saat 19:00-dək bu nəcib təşəbbüsə qoşularaq ehtiyacı olanlara ümid olmağa dəvət edir.
Aksiyada iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə aşağıdakı ünvana yaxınlaşa bilərlər:
Nəsimi rayonu, Feyzulla Qasımzadə 65 (Respublika Qan Bankının inzibati binası)
Qeyd edək ki, yalnız sağlamlığı imkan verən şəxslər həkim müayinəsindən keçdikdən sonra qan verə bilərlər.
Bir damla qan – bir həyat deməkdir. Sən də qoşul, ümid ol!

.

Subyekt.az