![]()
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə aprelin 25-i ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.
Rəsmi statistikaya əsasən, Azərbaycanda 1 milyon 425 min 167 mikro, kiçik və orta sahibkarlıq subyektləri qeydiyyata alınıb. İl ərzində fəaliyyətdə olan sahibkarlıq subyektlərinin sayı isə 401 min 149-dur. Fəaliyyətdə olan sahibkarlıq subyektlərinin 49,1 faizi Bakı şəhərində, 50,9 faizi isə digər regionlarda fəaliyyət göstərir.
Dayanıqlı inkişafın və inklüziv tərəqqinin əsas drayverlərindən biri məhz sahibkarlardır. “Sahibkarlar Günü” münasibəti ilə bütün sahibkarları təbrik edir və bol şanslar və yeni uğurlar arzulayırıq.
Vüqar Bayramov
Subyekt.az