
İnşaatçılarımızın əməyi sayəsində hər il yeni-yeni təhsil müəssisələri istifadəyə verilir.
Hazırda ölkə üzrə investisiya büdcəsi hesabına 46 təhsil müəssisəsində təmir-tikinti işləri aparılır, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə 4 ümumi, 3 məktəbəqədər və 1 peşə təhsili müəssisəsinin tikinti işləri davam etməkdədir.
Bütün inşaatçıları peşə bayramı münasibətilə təbrik edir, ölkəmizin tərəqqisi naminə məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.
Subyekt.az