
“Apple” “AirPods” qulaqlıqlarına real vaxt rejimində xarici dili tərcümə etmə funksiyasını əlavə etməyi planlaşdırır. Subyekt.az Qaynarinfo -ya istinadla xəbər verir ki, bu barədə Bloomberg analitiki və nüfuzlu insayder Mark Qurman məlumat yayıb. Yeni funksiya belə işləyəcək: məsələn, bir şəxs ispan dilində danışdıqda, “AirPods” avtomatik olaraq onun dediklərini ingilis dilinə çevirəcək. Daha sonra ingilisdilli istifadəçi cavab verdikdə, onun iPhone-u ispan dilində tərcüməni dinamiklər vasitəsilə səsləndirəcək. Hansı dillərin dəstəklənəcəyi və bu funksiyanın “AirPods Pro 2″dən başqa hansı modellərə şamil ediləcəyi hələ məlum deyil. Yeniliyin bu ilin payızında təqdim ediləcək iOS 19 ilə birlikdə çıxacağı gözlənilir.
. Subyekt.az