Skip to content
12 İyul 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • Aorto-koronar şuntlama əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
  • Xəbərlər

Aorto-koronar şuntlama əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

13 May 2024
WhatsApp Image 2024-05-13 at 12.39.34
2

Loading

Ürəyin işemik xəstəliyinin ən effektiv müalicə üsullarından biri aorto-koronar şuntlama əməliyyatıdır. İcbari tibbi sığorta ilə bu əməliyyat həm döyünən ürəkdə, həm də ənənəvi metodla – ürək süni qan dövranı aparatına qoşularaq aparılır.

2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına 8153 aorta-koronar şuntlama əməliyyatı icra olunub. Onlardan 861-i TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, 7292-si isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində həyata keçirilib.

Ürəyin işemik xəstəliyinin diaqnozu exokardioqrafiya (ExoKQ), elektrokardioqrafiya (EKQ), holter monitorinq, tredmil test, laborator müayinələr (troponinlərin təyini), koronaroangioqrafiya və digər müayinələr əsasında qoyulur. Qeyd edək ki, əməliyyatdan əvvəl təyin olunan instrumental və laborator müayinələr, o cümlədən qanın və sidiyin ümumi analizi, qanın biokimyəvi analizi, HİV, B və C hepatitləri, sifilis, ExoKQ, EKQ, USM, rentgenoloji müayinələr icbari tibbi sığorta ilə ödənişsiz aparılır.

Döyünən ürəkdə aparılan əməliyyat zamanı ürək və ağciyərin fəaliyyəti dayandırılmır, qan dövranı sistemi sərbəst fəaliyyət göstərir. Bu cərrahi metodun əsas üstünlüyü əməliyyatdan sonra beyin damarlarının emboliyası, ağciyər ödemi, həyati vacib orqanların hipoksiyası kimi ağırlaşma hallarının baş vermə riskini aşağı salmasıdır. Bundan başqa əməliyyat zamanı qan itkisinin az olması səbəbindən qan köçürməyə ehtiyac qalmır.

Süni qan dövranı aparatı ilə icra edilən əməliyyat zamanı isə ürəyin fəaliyyəti müvəqqəti dayandırılır. Ürəyin nasos funksiyasını ürək-ağciyər aparatı icra edir. Müasir dövrdə ehtiyat tədbirləri nəzərə alınmaqla bu metodun pasiyent üçün bəzi mümkün risklərin təsirləri minimuma endirilir.

Aorto-koronar şuntlama əməliyyatı zamanı daralmış hissədən yan keçməklə aorta ilə tac damar arasında körpü şuntu qoyulur. Şuntlama üçün pasiyentin aşağı ətraflarından alınan venoz, yuxarı ətraf və döş qəfəsi sahəsindən alınan arterial damar ürəyin tac damarlarına şunt edilərək ürəyin qidalanması bərpa edilir. Qeyd edək ki şuntlama əməliyyatında istifadə edilən arteriya və venoz damarların çıxarılması da icbari tibbi sığorta ilə qarşılanır.

Əməliyyatla bağlı reanimasiya və stasionarda yatış, bu zaman istifadə olunan dərman və tibbi sərf icbari tibb sığorta təminatına daxildir. Bundan başqa yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, manipulyasiyalar, histopatoloji, sitopatoloji müayinələr, qan və ya qan komponentləri sığorta ilə qarşılanır. Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.

Aaorto-koronar şuntlama əməliyyatı icbari tibbi sığorta hesabına Yeni Klinikada, Mərkəzi Neftçilər Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Lənkəran və Şirvan rayon mərkəzi xəstəxanalarında, eləcə də Agentliyin müqaviləli tibb müəssisələrində göndəriş əsasında icra olunur.

Məlumat üçün bildirək ki, ürəyin işemik xəstəliyi – ürəyi oksigen və qida maddələri ilə təchiz edən damarların ötürücülük qabiliyyətinin pozulması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Xəstəlikdən əziyyət çəkən insanlar çox vaxt hərəkət edən zamanı sinədə və kürəkdə göynəmə, təngnəfəslik, sıxıntı hissindən şikayət edirlər. Vaxtında müalicə olunmadıqda damarlar tam tutulur və miokard infarktı baş verir. Miokard infarktın qarşısını almaq məqsədi ilə həkim mütəxəssis tərəfindən uyğun müalicə metodu seçilir. Xəstəliyin cərrahi müalicə metodlarından biri aorto-koronar şuntlama əməliyyatıdır.

Subyekt.az

Continue Reading

Previous: Avtoxuliqanlıq edən sürücü həbs olunub
Next: Bakıda yol-nəqliyyat hadisəsi baş verib

Arxivlər

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

Son Yazılar

  • Tural İrfan: Əliallahılıqda Aşura: Nuseyri-Ələvi İnancında Məhərrəm Mərasimlərinin Teoloji Mahiyyəti
  • 12 İYULDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • Bakıda sağlamlıq mərkəzinin rəhbəri işçi tərəfindən qətlə yetirildi
  • Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
  • İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

310753
  • Dünya
  • Mədəniyyət
  • Ölkə
  • Sosial

Tural İrfan: Əliallahılıqda Aşura: Nuseyri-Ələvi İnancında Məhərrəm Mərasimlərinin Teoloji Mahiyyəti

11 İyul 2026
730332557_1000531149267840_6189689290590127798_n
  • Ölkə
  • Xəbərlər

12 İYULDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

11 İyul 2026
c4095bec95588ce9
  • Kriminal
  • Ölkə
  • Xəbərlər

Bakıda sağlamlıq mərkəzinin rəhbəri işçi tərəfindən qətlə yetirildi

11 İyul 2026
744441057_1548982270052758_2916699306121301356_n
  • Ölkə
  • Xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

11 İyul 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.