Türkiyəli sesymoloq Naci Görür ötən gün axşam saatlarında Antalyada yaşanan zəlzələ ilə bağlı əvvəldən xəbərdarlıq edibmiş.
Subyekt.az BAKU.WS -a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, Qazipaşa rayonunda baş verən 4,8 bal gücündə zəlzələni Naci Görür əvvəldən proqnozlaşdırıb.
“Antalyanın yerləşdiyi dörd mühüm qırılma xətti var: Aralıq dənizinin şərqində, şimalda Eğirdir qırılma xətti, qərbdə Fethiye-Burdur qırılma xətti və cənubda Kipr-Helen qırılma xətti… Bütün bu qırılma xəttləri 7 və ya daha çox bal gücündə zəlzələlərə səbəb ola bilər. Lakin o, “nə vaxt baş verəcəyini bilmirik” – deyərək, Naci Görür xəbərdarlıq edib.
Xatırladaq ki, zəlzələ ilə bağlı Türkiyənin Aralıq dənizi vilayətinin qubernatorluğu açıqlama verib.
Zəlzələ yerli vaxtla saat 22:13-də qeydə alınıb. Türkiyə Fövqəladə Hallar Departamentinin verdiyi məlumata əsasən, yeraltı təkanlar 34 km dərinlikdə meydana gəlib. Zəlzələ nəticəsində otellərdəki turistlər və yerli sakinlər binalardan küçələrə axışıb.
Subyekt.az