![]()
Antalya, Türkiyə — Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri cənab Azer İsmayıl, Kepez Bələdiyyəsinin dəstəyi ilə Kepez Santral məhəlləsində “Nizami Gəncəvi” küçəsinin adlandırılması və Kepez Şəhər Kitabxanasında “Azərbaycan Güşəsi”nin yaradılması münasibətilə Kepez Bələdiyyə Başçısı cənab Mesut Kocagözü rəsmi təşəkkür ziyarətində ziyarət edib.
Ziyarət zamanı cənab Azer İsmayıl bu addımların Türkiyə və Azərbaycan arasında möhkəm qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu vurğulayaraq, mədəni irsin yaşadılmasına və dostluq körpülərinin daha da gücləndirilməsinə verdiyi töhfələrə görə Kepez Bələdiyyə Başçısına minnətdarlığını ifadə edib.
Cənab Mesut Kocagözün rəhbərliyi ilə həyata keçirilən bu təşəbbüslərin hər iki xalq arasında mədəni bağların möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib. Ziyarət, qarşılıqlı əməkdaşlığın və dostluq münasibətlərinin gələcəkdə də davam edəcəyi ümidini bir daha təsdiqləyib.
Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi olaraq, mədəni irsimizin qorunması və qardaşlığımızın yaşadılması istiqamətində göstərilən diqqət və dəstəyə görə Kepez Bələdiyyəsinə səmimi təşəkkürümüzü bildiririk.
Dostluğumuz əbədi olsun!
🇹🇷🇦🇿
Subyekt.az