![]()
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunda şəhid Mehdiyev Yasən Alim oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
Subyekt.az xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Mehdiyev Yasən Alim oğlu 2001-ci il iyulun 05-də Tərtər şəhərində anadan olub. Oktyabrın 23-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 24-də Tərtər rayonunun Sarıcalı kəndində dəfn olunub.
Şəhid Mehdiyev Yasən 44 günlük Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
“Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”



#MilliMəclis #MillətVəkili #AnarMəmmədov
#Heç_Kim_Unudulmur #Şəhidlər_Ölməz
#Tərtər
Subyekt.az