Anar Bayramov Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərini qəbul edəcək
06 Oktyabr 2026
TƏBİB-in İcraçı direktoru Anar Bayramov vətəndaş qəbulu qrafikinə uyğun olaraq 16 oktyabr 2026-cı il tarixində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərini qəbul edəcək.
Qəbul Quba Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.
Vətəndaşlar info@tabib.gov.az elektron ünvanına müraciət edə və ya “815” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilər