Anar Bayramov Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək
14 May 2026
TƏBİB-in İcraçı direktoru Anar Bayramov vətəndaş qəbulu qrafikinə uyğun olaraq 25 may 2026-cı il tarixində Xızı rayonunda Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul Xızı Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.
Vətəndaşlar info@tabib.gov.az elektron ünvanına müraciət edə və ya “815” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilər.