Şirvan şəhərində ictimai yerdə dava-dalaş salmış qadınlar həbs ediliblər. Subyekt.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Şirvan Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1962-ci il təvəllüdlü Solmaz Məmmədova və qızı 1986-cı il təvəllüdlü Zərifə Məmmədova (şərti ad-soyadlar) xuliqanlıq əməlində təqsirli biliniblər.
S.Məmmədovaya 2 il, qızına isə 2 il 6 ay həbs cəzası verilib. Onlar məhkəmə zalında həbs ediliblər.
Bildirilib ki, Z.Məmmədova bir müddət əvvəl 15 yaşlı qızı Şəbnəmin (şərti) Cavid adlı şəxslə intim münasibətdə olmasını öyrənib. Onlar məsələ ilə bağlı polisə müraciət ediblər və araşdırmalara başlanılıb, həmçinin Cavid adlı şəxs tutulub.
Hadisə baş verən gün isə Z.Məmmədova və anası Solmaz Ləmanın polis şöbəsindən çıxdığını görüblər. Onlar əsəbi halda Ləmana hücum edərək döyüblər, saçını yolublar.
Bundan sonra ana və qızı barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
Subyekt.az