“Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
18 Sentyabr 2026
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb.
Layihənin əsas məqsədi xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsinə, milli kimliyini daha yaxından tanımasına və milli şüurlu insan kapitalının formalaşmasına və qorunmasına dəstək olmaqdır.
Yaş qrupları:
Kiçik yaş qrupu: 6–10 yaş
Orta yaş qrupu: 11–13 yaş
Yuxarı yaş qrupu: 14–18 yaş
Tədris prosesi:
Onlayn dərslər 25 sentyabr 2026-cı ildən başlayacaq;
Dərslər həftədə 2-dəfə keçiriləcək;
Təcrübəli müəllimlər tərəfindən tədris edilən dərslər interaktiv və maraqlı formada aparılacaq;
Proqram 3 səviyyə üzrə hazırlanıb: başlanğıc, orta və yüksək.
Müraciət və seçim:
Layihədə iştirak etmək istəyən şəxslər yaş qruplarına, dil bilik səviyyələrinə və vaxt zonalarına uyğun olaraq qruplara bölünəcəklər və dərslərə qoşulacaqlar. Bunun üçün əvvəlcədən təşkil ediləcək qısa dil yoxlamasından keçmək tələb olunur.
Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyəsinə uyğun sertifikat təqdim olunacaq.