İngiltərədə ana üç yaşlı qızını siyirmədə saxlayaraq kobud etinasızlıq göstərdiyinə görə 7 il həbs cəzasına məhkum edilib.
Subyekt.az News24.az -a istinadən xəbər verir ki, uşaq 2023-cü ilin fevralında ananın partnyoru tərəfindən təsadüfən tapılıb.
Məlum olub ki, uşaq 2020-ci ilin mart ayında ana evində vannada doğulub, heç bir rəsmi qeydi olmayıb və doğulandan bəri siyirmədə saxladılıb. Ana təkcə arabir uşağı şprislə qidalandırır və uşaq bezini dəyişdirirdi. Ananın işə getdiyi və digər uşaqlarını məktəbə apardığı saatlarda uşaq tək qalıb.
Uşaq tapılan zaman yeriyə, sürünməyə və heç bir səs çıxara bilməyib. Əzələləri zəif, əzaları axsamış, ayaqları şişmişdi. Onun inkişaf səviyyəsi həddindən artıq laqeydlik səbəbindən 10 aylıq körpəninkinə bərabər idi. Onun yeni baxıcısı bildirib ki, uşaq hətta gülümsəməyi və yeməyi öyrənməlidir.
Hakim Steven Everett ananın davranışını “inanılmaz dərəcədə pis” adlandırıb və uşağın sevgidən, tibbi yardımdan və sosial ünsiyyətdən məhrum olduğunu bildirib. Hakim ananın hərəkətini “diri ölüm” kimi qiymətləndirib.
İndi bir ailənin himayəsində olan uşaq ilk dəfə gəzmək və danışmaq kimi bir çox şeyi yaşayır. Onun himayədar ailəsi onun ilk addımlarına və sözlərinə şahid olmağın həm kədərli, həm də gözəl olduğunu bildirib.
Subyekt.az