![]()
ABŞ-dən olan milyarder biznesmen Afrikada ov zamanı faciəvi şəkildə həlak olub. Bu barədə Daily Mail məlumat yayıb. Məlumata görə, 75 yaşlı biznesmen və həvəskar ovçu Erni Dozio ovçu həmkarı ilə sıx tropik meşədə olan zaman qəflətən beş dişi fil və onların balalarından ibarət sürü ilə qarşılaşıb. Heyvanlar təhlükə hiss edərək, onların üzərinə hücum çəkib. Peşəkar ovçunu kənara atıblar və o silahını əlindən salaraq ağır bədən xəsarətləri alıb.
Subyekt.az