![]()
2 iyun 2026-cı il tarixdə respublikamızda səfərdə olan Almaniya Federal Hökumətinin Almaniyada yəhudi həyatı və antisemitizmlə mübarizə üzrə müvəkkili cənab Feliks Klayn və Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ralf Horlemann Quba rayonuna səfər etmişlər.
Səfər çərçivəsində qonaqlar Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudovla görüşmüşlər. Görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud dostluq münasibətləri, ölkəmizdə hökm sürən multikultural dəyərlər, tolerantlıq mühiti və müxtəlif xalqların, dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması barədə fikir mübadiləsi aparılmışdır.
Daha sonra nümayəndə heyəti Dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə qəsəbəsinə səfər etmiş, burada fəaliyyət göstərən Dağ Yəhudiləri Muzeyi və sinaqoqlarla tanış olmuşdur. Qonaqlara Qırmızı Qəsəbənin tarixi, burada yaşayan dağ yəhudilərinin zəngin mədəni irsi, adət-ənənələri və Azərbaycan cəmiyyətindəki rolu barədə ətraflı məlumat verilmişdir.
Səfər çərçivəsində qonaqlar Qırmızı Qəsəbə qəsəbəsində yerləşən Heydər Əliyev parkındakı “Ağsaqqallar klubu”nda icma üzvləri ilə görüşmüş, çay süfrəsi arxasında səmimi söhbət aparmışlar. Görüş zamanı Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm ənənələri, müxtəlif etnik və dini icmaların nümayəndələrinin dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşayışı yüksək qiymətləndirilmişdir.
Qeyd olunmuşdur ki, Quba rayonu, xüsusilə Qırmızı Qəsəbə əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin mehriban qonşuluq və qarşılıqlı etimad şəraitində yaşadığı nadir məkanlardan biri kimi ölkəmizin multikultural dəyərlərinin parlaq nümunəsidir.

.

.

Subyekt.az