![]()
Göygöl rayonunda Almaniya Bundestaqının deputatı, işçi qrupunun rəhbəri Edis Mirze, deputatlar Daniel Köbl, Macit Karaahmetoğlu, Harald Ebner və Sergey Minix rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzovla görüşüblər, rayonun tarixi-mədəni irsi və Azərbaycan-Almaniya əlaqələri barədə fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri rayonun tarixi məkanları ilə də tanış olublar.
Şəmkir rayonuna gələn qonaqlar burada rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyevlə görüşüblər, almanların bu rayonda məskunlaşmasının tarixi, Şəmkirdəki alman irsi barədə söhbət aparıblar. Sonra qonaqlar Şəmkirdə kilsə ilə tanış olublar, qızılgül plantasiyasına baş çəkiblər.
Qonaqları Milli Məclisin deputatı, Azərbaycan – Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann və digər rəsmi şəxslər müşayiət ediblər.











_1777289919.jpeg)
_1777289919.jpeg)
_1777289919.jpeg)
_1777289919.jpeg)
_1777289919.jpeg)