![]()
Yaponiya Elm və Texnologiya İnstitutunun (Japan Advanced Institute of Science and Technology – JAIST) alimləri qurbağaların bağırsağından əldə edilən bir bakteriyanın şiş hüceyrələrini tamamilə məhv etdiyini aşkar ediblər.
Subyekt.az Sfera.aza istinadən xəbər verir ki, bu kəşf xərçəngin müalicəsində yeni və ümidverici üsulların yaranmasına yol aça bilər.
Tədqiqatın nəticələri “Gut Microbes” elmi jurnalında dərc olunub.
Araşdırma çərçivəsində vəhşi amfibiyaların və sürünənlərin bağırsaqlarından 45 bakteriya ştammı ayrılıb. Onlardan 9-u güclü antitumor təsir göstərib.
Ən təsirli nəticə Yapon ağac qurbağasından izolyasiya edilən Ewingella americana bakteriyası ilə müşahidə olunub.
Laboratoriya sınaqları zamanı kolorektal xərçəngli siçanlara bu bakteriyanın bir dəfə damar daxili yeridilməsi şişin tamamilə yox olmasına səbəb olub. Metod standart kimyaterapiya və immunoterapiya üsulları ilə müqayisədə daha yüksək effektivlik göstərərək həm xərçəng hüceyrələrini birbaşa məhv edib, həm də immun sistemini gücləndirib.
#Xərçənginmüalicəsindəyenilik #Yaponalimlərininkəşfi
Subyekt.az