![]()
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra akademik Zərifə Əliyevanın həyat və zəngin yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş etdirilib. Görkəmli alimin tibb elminə, xüsusilə oftalmologiyanın inkişafına verdiyi əvəzsiz töhfələr, insanpərvərliyi və vətənpərvərliyi bir daha vurğulanıb.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev akademik Zərifə Əliyevanın elmi irsini, pedaqoji fəaliyyətini və cəmiyyət qarşısındakı xidmətlərini yüksək qiymətləndirib.
Çıxışlarda qeyd olunub ki, Zərifə xanım təkcə görkəmli həkim deyil, həm də nəcib insan, qayğıkeş ana və vətənpərvər vətəndaş kimi yaddaşlarda əbədi yaşayır.
Belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli dəyərlərimizin qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb edir.

.

Subyekt.az