
Sabunçu rayonu Maştağa qəsəbəsi Gülçülük massivində yaşayan Mürsəlov Barat Əlihüseyin oğlu subyekt.az – saytına müraciət edərək bildirib ki, onun qızı 16.08.1999 cu il təvəllüdlü Mürsəlova Gülgəz Barat qızı ailəlidir iki azyaşlı körpə övladı var. Uşaqlar 4 və 6 yaşlarındadır. Ana uşaqları evdə qoyaraq 7 may 2024 cü il tarixində ailə münaqişəsi zəminində evdən acıq edərək çıxmış, həmin tarixdə 166 saylı marşrut avtobusu ilə sərnişin qismində yaşadığı qəsəbədən saat 17.54 radələrində şəhər istiqamətində getmişdir. 18.56 radələrində o, Koroğlu metro stansiyasının yaxınlığında dayanacaqda düşmüşdür. Avtobusun daxili müşahidə kameralarında xanımın görüntüləri aydın görsənir. Koroğlu metro stansiyasının yaxınlığında düşdükdən sonra haraya getməsinin araşdırılması üçün o ərazidə yerləşən kamera görüntülərinə baxılması zəruridir. Daxili İşlər Nazirliyinin qaynar xətti 102 xidmətinə ailə tərəfindən məlumat verilmişdir. Qadının istifadəsində olan mobil telefon aydiyatı üzrə araşdılması üçün polis bölməsinə təfil verilmişdir. Belə ki, evdə qayğıya ehtiyacı olan iki azyaşlı körpə uşağın köməksiz qalmasını nəzərə almağınızı xahiş edirik. Axtarış işlərinin tez və operativliyini artırılması baxımından nəzarətə götürülməsini Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarından xahiş edirik. Ata Mürsəlov Barat Əlihüseyin oğlu Tel: 077 329 69 54
Subyekt.az