![]()
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas qurumun Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Dəniz Müdafiəsi Koalisiyasına müşahidəçi statusunda qoşula biləcəyini qeyd edib.
Subyekt.az AZƏRTAC-a istinadən “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, Kaya Kallas Bab əl-Məndəb boğazı ilə bağlı son vəziyyətə dair açıqlamasında Qırmızı dənizdə ticarət gəmilərini müşayiət edən “Aspides” missiyasına əlavə hərbi-dəniz qüvvələri ilə dəstək göstərilməsinə çağırıb.
Kaya Kallas bildirib ki, müdafiə tələb edən gəmilərin sayı durmadan artır. O qeyd edib ki, “Aspides” missiyasına dəstək göstərilməsinə ehtiyac heç vaxt olmadığı qədər böyükdür.
Subyekt.az