![]()
Salyan rayonunda baş verən avtoqəzada altı nəfər xəsarət alıb.
Subyekt.az reporta istinadla xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobillərin toqquşması nəticəsində altı nəfər – Salyan rayon sakinləri, 2016-cı il təvəllüdlü Cəfərli Xanım Ceyhun qızı, 2017-ci il təvəllüdlü Cəfərli Eşqin Ceyhun oğlu, 2002-ci il təvəllüdlü Cəfərova Nərminə Coşqun qızı və şəxsiyyəti hələ dəqiqləşdirilməyən daha üç nəfər xəsarət alıb.
Subyekt.az