![]()
Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi olub. Subyekt.az unikal.az-a istinadla xəbər verir ki, qəza bu gün saat 00 radələrində Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin 41 yaşlı Ramil Həsənov xəsarət alıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Subyekt.az