![]()
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova iyulun 3-də Quba şəhərində vətəndaşları qəbul edəcək.
Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri iştirak edə bilərlər.
Qeyd edilən şəhər və rayonların sakinləri Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146–6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng edərək və ya portal.edu.az vasitəsilə elektron formada müraciət edərək qəbula yazıla bilərlər.
Subyekt.az