![]()
Bu gün növbəti köç karvanı ilə Ağdam şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
Subyekt.az bildirir ki Azəertac-ın bölgə müxbiri xəbər verir ki, 92 ailə olmaqla, 332 nəfər Ağdam sakini doğma yurduna qovuşub. Ağdama köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Doğma yurda qayıdışın sevincini yaşayan Ağdam şəhəri sakinləri açarları təhvil alıb, yeni mənzillərində məskunlaşıblar.
14:22
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Aprelin 21-də yola salınan növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
Subyekt.az Azərtac-ın bölgə müxbiri xəbər verir ki, bu gün 92 ailə olmaqla, 332 nəfər keçmiş məcburi köçkün Ağdam şəhərinə – doğma yurda qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

.

.

.

Subyekt.az