Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir.
Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.
I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 331,35 metr uzunluğunda istinad divarının, müxtəlif ölçülü suötürücü borular, su keçidləri, zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası tamamlanmışdır.
Layihənin ilk 32,4 km-lik hissəsi üzrə fiziki tərəqqi 64% təşkil edir.
Yolun 32,4-64,8 km hissəsində torpaq işləri və hamarlayıcı qatın tikintisi bitib. Ayrı-ayrı hissələrdə əsasın alt qatının tikintisi və asfalt-beton örtüyün döşənməsi işləri davam etdirilir.
Qeyd olunan hissədə ümumilikdə tikinti işləri 72% icra olunub.
Yolun layihə üzrə nəzərdə tutulan 39-cu kilometrində körpü dayaqlarının tikintisi işləri davam etdirilir. 63 və 65-ci km hissələrində yolötürücünün tikintisi yekunlaşmışdır.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR…
AAYDA BütünYollarQarabağaAparır
Subyekt az