![]()
Ağdərə sakini minaya düşüb.
Subyekt.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Ağdərə rayon Sırxavənd kəndi ərazisində baş verib.
Sırxavənd kənd sakini Nağı İmanov kənd ərazisində minaya düşüb.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Hazırda N.İmanovun ərazidən çıxarılması prosesi həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.


Elgün Gəncimsoy
#Qarabağ #Hadisə
Subyekt.az