![]()
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC tərəfindən Ağdərə rayonunda telekommunikasiya infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir.
Rayonun 1,950 təsərrüfatını əhatə edən şəhər mərkəzi, Suqovuşan qəsəbəsi, Həsənriz, Vəngli, Kolatağ, Çapar, Heyvalı, Çıldıran, Aşağı Oratağ və Talış yaşayış məntəqələrində 1,768 ədəd rabitə dirəyi basdırılıb, 334 km müxtəlif tipli fiber-optik kabel çəkilib və 9 ədəd OLT (Optik Xətt Terminalı) stansiyası quraşdırılaraq istifadəyə verilib. Bu ərazilərdə telekommunikasiya xidmətləri 868 ev təsərrüfatını və 68 biznes subyektini əhatə edir.
Xidmətlərə qoşulmaq istəyən vətəndaşlar “Aztelekom”un “170” Çağrı mərkəzinə, Ağdərə şöbəsinə və ya qurumun rəsmi saytına müraciət edə bilərlər.

Subyekt.az