![]()
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış teatr və kino aktyoru Ağaxan Salmanlının anadan olmasının 85 illiyi tamam olur.
Ağaxan Salmanlı 1941-ci il oktyabrın 29-da Bakının Suraxanı qəsəbəsində anadan olub. 1964-cü ildə Teatr İnstitutunu bitirdikdən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb və uzun illər səhnədə yaddaqalan obrazlar yaradıb.
“Romeo və Cülyetta”, “III Riçard”, “Danabaş kəndinin məktəbi”, “Tamahkar” tamaşalarındakı rolları, eləcə də “Mozalan” kinojurnalındakı çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb. 1978-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. Ağaxan Salmanlı 2020-ci ildə vəfat edib.
Subyekt.az