![]()
Mədəniyyət naziri Adil Kərimlinin Ucar rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2025-ci il dekabrın 19-da, saat 10:00-da Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 153) Ucar, Zərdab, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.
Vətəndaşların qəbulu 2026-cı il 9 yanvar tarixində saat 10:00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcək.
Qeyd: Müraciət müddəti başa çatıb.
Subyekt.az