
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, qəsəbənin Hüseyn Arif küçəsinin sakinləri iddia edirlər ki, onların öz hesablarına çəkdikləri su xətti bir müddət əvvəl kəsilərək başqa ünvana yönələndirilib. Hazırda sakinlər suyu avtomobillə almağa məcbur qalıblar. Sakinlər də içməli suyu maşınlardan almaq məcburiyyətinə qalıblar. Görüntülər Abşeronun Masazır qəsəbəsindəndir. Sakinlər iddia edirlər ki, onların mənzillərinə verilən içməli su xətti kəsilib. Özlərinin çəkdikləri həmin xətt yaxınlıqda yeni tikilən yaşayış binalarına verilib. Bu səbəbdən də indi özləri çarəsiz vəziyyətdə qalıblar.
Subyekt.az