![]()
Abşeron rayonu Masazır qəsəbəsində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimova kəsici alətlə qətlə yetirilib.Subyekt.az “Report”-a istinadla məlumat verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən T.Abdurəhimovanın dayısı, 1967-ci il təvəllüdlü Şakir Rzayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Subyekt.az