
ABŞ Mərkəzi Komandanlığı Yəmənin Ras İsa neft limanına zərbələr endirib.
Bu barədə Subyekt.az Gundelik.az-a istinadən xəbər verir ki, xarici mediaya istinadən xəbər verir. Məlumatda deyilir: “ABŞ ordusu İran tərəfindən dəstəklənən husi terrorçuları üçün bu yanacaq mənbəyinin məhv edilməsi ilə bağlı hərəkətə keçib”. Limanın Yəmən husiləri tərəfindən yanacaq əldə etmək üçün istifadə edildiyi, onların hərbi əməliyyatlarını dəstəkləmək, nəzarət vasitəsi olaraq və idxal gəlirlərinin mənimsənilməsindən iqtisadi fayda əldə etmək üçün istifadə edildiyi bildirilir. Bu səbəbdən zərbələrin məqsədinin husilərin iqtisadi potensialını sarsıtmaq olduğu qeyd edilib. Məlumata əsasən, limana edilən hücumlarda ən azı 17 nəfər həlak olub. Bir müddət əvvəl Yəmənin Səhiyyə Nazirliyi 13 mülki vətəndaşın öldüyünü və 30 nəfərin yaralandığını bildirmişdi.
Gundelik.az