![]()
Subyekt.az TRT Haber- ə istinadən xəbər verir ki, ABŞ ilə İran arasında müharibənin dayandırılmasını nəzərdə tutan 14 maddədən ibarət qarşılıqlı razılaşma mətni elektron qaydada imzalanıb.
Məlumata görə, sənəd tərəflər arasında hərbi əməliyyatların dayandırılması, gərginliyin azaldılması və diplomatik dialoqun bərpasını ehtiva edən əsas prinsipləri özündə birləşdirir. Razılaşmanın icrası ilə bağlı mexanizmlərin və növbəti mərhələlərin yaxın günlərdə açıqlanacağı bildirilir.
Hələlik sənədin tam mətni ictimaiyyətə təqdim edilməyib. Ağ Ev və digər rəsmi qurumlar tərəfindən razılaşmanın detalları ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.
Subyekt.az