![]()
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
ABŞ tərəfi Avropa ölkələrində həm adi, həm də nüvə silahı daşıya bilən strateji bombardmançıların sayının artırılmasına hazır olduğunu bildirib:
“Prezident Donald Trampın rəhbərlik etdiyi hökumət Avropada hərbi dəstəyin azalması ilə bağlı yaranan narahatlıqlar fonunda NATO müttəfiqlərinə nüvə qoruması öhdəliyinin davam etdiyini göstərməyə çalışır. NATO-nun nüvə resurslarının paylaşılması proqramına Amerika DCA-larının yerləşdirilə biləcəyi Belçika, Almaniya, İtaliya, Niderland, Türkiyə və Böyük Britaniya daxildir“.
Subyekt.az