ABŞ ordusu İranın cənubunda mina yerləşdirməyə çalışan qayıqlar və raket buraxılış məntəqələri də daxil olmaqla hədəflərə qarşı hücumlar həyata keçirərək bunu müdafiə əməliyyatları adlandırıb.
Subyekt.az Sfera.az -a istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. CENTCOM-un məlumatına görə hücumlar ABŞ qoşunlarını İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq üçün nəzərdə tutulub.