![]()
İranın Hörmüz əyalətinin Sirik şəhəri yaxınlığında partlayış səsləri eşidilib.
Subyekt.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə bölgədə narahatlıq yaradıb. Partlayış səslərinin ABŞ və İran arasında davam edən qarşılıqlı hücumlarla əlaqəli ola biləcəyi ehtimal edilir, lakin bu barədə rəsmi təsdiq yoxdur.
Hazırda İran rəsmiləri tərəfindən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Subyekt.az