![]()
ABŞ Prezidenti Donald Tramp və İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin müharibəyə son qoyulması və Hörmüz boğazında nəqliyyatın bərpası ilə bağlı ilkin razılaşma əldə edildiyini açıqlamasından sonra dünya bazarlarında neft qiymətləri kəskin ucuzlaşıb.
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, Brent markalı neftin fyuçersləri 4,08 dollar və ya 4,7 faiz azalaraq bir barel üçün 83,25 dollara enib. ABŞ-ın WTI ((Qərbi Texas xam nefti)) markalı nefti isə 4,35 dollar və ya 5,1 faiz ucuzlaşaraq 80,53 dollar olub.
Beləliklə, hər iki etalon neft markasının qiyməti martın 10-dan bəri ən aşağı səviyyəyə düşüb. Bu eniş cümə günü qeydə alınan 3 faizdən çox azalmadan sonra baş verib.
Subyekt.az