![]()
ABŞ prezidenti Tramp işğalçı Rusiya diktatoru qarşısında Amerika ordusunu alçaldıb. Belə ki, Alyaskanın Ankoriç şəhərindəki hərbi bazaya enən təyyarədən düşən Putinin ayağının altına qırmızı xalçanı bunun üçün diz çökməyə məcbur olan Pentaqon hərbçiləri sərib.
Subyekt.az yerli kiv-ə istinadla xəbər verir ki ,bu haqda “NDTV. WORLD” nəşri xəbər verir.
Amerika cəmiyyətində Trampın bu addımı da hiddətlə qarşılanıb.
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi general Keyt Kelloqun qızı və “R.T.-Weatherman” fondunun rəhbəri Meqan Mobbs “X” sosial şəbəkəsindəki statusunda Ağ Ev rəhbərliyini şiddətlə qınayıb.
O, belə yazıb: “Uniformalı Amerika əsgərləri ən böyük düşmənlərimizdən biri üçün qırmızı xalçanı yaymaq üçün istifadə edilməməli idi. Nöqtə. Biabırçı bir qərardır vəRusiya prezidenti Vladimir Putinin ayağının altına qırmızı xalça sərmək üçün Amerika əsgərlərindən istifadə etməyə qərar verən məmurlar məsuliyyətə cəlb edilməlidir. Bu, biabırçı qərardır. Bunu edən hər kəs bunun nəticələrinin cəzasını çəkməlidir”.
Amerikalı generalın qızı əlavə edib: “Ən azından, xalçanı sərənlər forma geyinməməli idilər”.
Xatırladaq ki, avqustun 15-də ABŞ prezidenti Donald Tramp və Kreml rəhbəri Vladimir Putin Alyaskanın Ankoric şəhərində görüşüb və bu zaman Tramp Rusiya prezidentini bir neçə dəfə alqışlayıb. Lakin Ağ Ev bu kadrları videolardan kəsib. Bu, ehtimal ki, sosial şəbəkə ABŞ prezidentinin bu cür hərəkətlərinə reaksiyalarla “partladıqdan” sonra edilib
Subyekt.az