
ABŞ-də Los-Ancelesdə və ətrafında davam edən yanğınlar nəticəsində dəyən ümumi zərər və iqtisadi itkilərin təxminləri 250-275 milyard dollar aralığına yüksəldilib. Qlobal hava proqnozu xidməti olan “AccuWeather” ABŞ-da davam edən meşə yanğınlarının iqtisadi dəyəri ilə bağlı təxminlərini yeniləyib. Müvafiq olaraq, davam edən yanğınların vurduğu ümumi zərərin və iqtisadi itkilərin 250-275 milyard dollar arasında olduğu təxmin edilir.“AccuWeather” ilk dəfə keçən həftə yanğınların dəyərinin 52-57 milyard dollar arasında olacağını proqnozlaşdıran ilkin hesablamaları açıqlamışdı. Yanğınlar davam etdikcə bu təxmin 135-150 milyard dollar arasında artırılmışdı.
Subyekt.az