![]()
ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Con Kelli Rusiya-Ukrayna müharibəsinin hərbi həll yolu olmadığını bəyan edərək, müharibəni davam etdirmək istəsə, Rusiyaya qarşı əlavə sanksiyaların müzakirə olunacağı barədə xəbərdarlıq edib. Bu barədə BMT Təhlükəsizlik Şurası Sessiyası üzvlərinin Ukraynadakı vəziyyəti müzakirə etdikləri zaman bildirib.
Kelli Rusiya-Ukrayna arasında sülhə gedən yol axtardıqlarını və bu müharibənin bitməsini istədiklərini, Ukraynanın bu məsələdə razılığa gəlməsinə baxmayaraq Rusiyanı atəşkəsi qəbul etməyə çağırışlarını davam etdirdiklərini bildirib.
Kelli qeyd edib ki, Rusiya müharibəni davam etdirmək qərarına gəlsə, ABŞ danışıqlardan çəkilmək barədə düşünməli olacaq.
“Bu münaqişənin hərbi yolla həlli yoxdur. Hazırda təklif olunan saziş Rusiya üçün mümkün olan ən yaxşı nəticədir. Prezident Putin razılaşmanı qəbul etməlidir. Müharibənin davam etdirilməsi alternativi heç kimin marağında deyil” – o bildirib.
Kelli ABŞ-nin Rusiya ilə sülh və iqtisadi qazanclar üzərində işləmək istədiyini vurğulayıb, lakin xəbərdarlıq edib ki, ABŞ bundan imtina edərsə, Rusiyaya qarşı əlavə sanksiyalar hələ də masadadır.
Bu müharibənin sona çatmasının Rusiya və Ukraynanın məsuliyyəti olduğunu xatırladan Kelli müharibənin uzadılması tərəfində olmadığı bildirib.“Biz həm Rusiyanı, həm də Ukraynanı sülhə nail olmaq üçün çətin və tarixi bir qərar verməyə çağırırıq”, – o vurğulayıb.
Subyekt.az